ABŞ vətəndaşlarına iki ölkəyə getməməklə bağlı xəbərdarlıq etdi

    8

    ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) və Dövlət Departamenti koronavirusa yoluxma sayının artması ilə əlaqədar Almaniya və Danimarkaya səyahət etməməklə bağlı xəbərdarlığı edib. “Bu yerlərə səyahət etməyin. Əgər səyahət etmək istəyirsinizsə, tam peyvənd kursundan keçdiyinizdən əmin olun”, – deyə CDC-nin açıqlamasında deyilir. CDC Almaniya və Danimarka kateqoriyasını “Səviyyə 4: COVID-19 riski çox yüksək” olaraq təyin edib. Hazırda ABŞ- ın səyahətlə bağlı xəbərdarlıq siyahısında 75 ölkə var. Mənbə: Anadolu agentliyi

    Əvvəlki məqaləBƏƏ-İran-Türkiyə koridoru rəsmən açılışa hazırlaşır
    Növbəti məqalədəİŞİD terrorçuları taliblərə təslim oldular