Avstriya vaksinasiyanı hamı üçün məcburi elan etdi

    4

    Avstriya kansleri Aleksandr Şellenberq 2022-ci il fevralın 1-dən koronavirusa qarşı məcburi peyvəndin tətbiq ediləcəyini açıqlayıb. “Bu gün biz məcburi peyvəndi çox tez tətbiq etmək barədə çətin bir qərar verdik. O, 2022-ci il fevralın 1-dən etibarən qüvvəyə minməlidir”, – deyə Şellenberq hökumət və regional hakimiyyət orqanları ilə görüşdən sonra mətbuat konfransında bildirib. O, həmçinin bazar ertəsindən etibarən hamı üçün maksimum 20 gün müddətinə milli lokdaun tətbiq ediləcəyini açıqladı. Onun sözlərinə görə, peyvənd olunmayanlar üçün karantin rejimi əhalinin peyvənd etməyə hazırlığını artırıb, lakin bu kifayət deyil. Qeyd edək ki,  5-11 yaş arası uşaqlar üçün COVID-19 peyvəndini məcburi edib.  isə yaşı 18-i keçmiş bütün vətəndaşlar üçün COVID-19 əleyhinə vaksinasiya məcburidir.

    Əvvəlki məqaləRusiya və Çin Yapon dənizi üzərində hava partulu həyata keçirdi
    Növbəti məqalədəMeksikada dəhşət: İnsanları körpüdən asdılar- FOTO