Azərbaycanlı bloqer taksi sürücüsünə avtomobil hədiyyə etdi – VİDEO

78

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov Moskvada taksi sürücüsünə avtomobil hədiyyə etməklə gündəmə gəlib.

Belə ki, bloqer insanların kömək istəyən birinə münasibətini nümayiş etdirmək məqsədilə sosial eksperiment keçirib. Sürücülərə yaxınlaşaraq pulu olmadığını və onu gedəcəyi ünvana pulsuz aparmalarını xahiş edib.

Bir neçə taksi sürücüsü etiraz etdikdən sonra, nəhayət razılaşan tapılıb. Yolboyu söhbət zamanı taksi sürücüsünün Qırğızıstandan olduğu, qızının əməliyyata ehtiyacı olduğu kimi məqamlar üzə çıxıb.

Sonda Hüseyn Həsənov sürücüyə sürdüyü avtomobilin eynisini alaraq hədiyyə edib.

Əvvəlki məqalə“Grammy” nominantları açıqlandı: Castin Biberin səkkiz, Billi Aylişin isə yeddi nominasiyası var – FOTO
Növbəti məqalədəÖlkədə 4,5 milyon manat dəyəri olan şərab zavodunun hissələri satılır – FOTO