Baş prokuror 11 yaşlı qızın zorlanmasından DANIŞDI

43

“İmişlidə baş vermiş hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb”. Bunu “Report”un sualına cavab olaraq Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib. “Hadisə ilə bağlı ilkin məlumatlar prokurorluğa məlum olandan dərhal sonra araşdırmalar başlanılıb və cinayət işi açılıb”, – deyə o vurğulayıb. Qeyd edək ki, İmişli Rayon Mərkəzi Xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N.-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir. Xatırladaq ki, 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.

Əvvəlki məqaləSalyan sakininin bank hesabından pul oğurlandı
Növbəti məqalədəVahid Ələkbərov varidatı artan rusiyalı milyarderlərin ilk beşliyində – SİYAHI