Çexiya prezidenti səlahiyyətlərindən məhrum edilməyəcək

    11

    Hazırda xəstəxanada müalicə alan Çexiya prezidenti Miloş Zeman vəzifə səlahiyyətlərindən məhrum edilməyəcək. Artıq məsələ ölkə Senatının gündəliyindən çıxarılıb. Bu barədə Senatın komissiya sədri Zdenek Qreba brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, əgər dövlət başçısının səhhəti pisləşməzsə, o, öz səlahiyyətlərinin xeyli hissəsini məsafədən icra edə biləcək. Qeyd edək ki, bugünlərdə prezident videkonfrans formatında baş nazir postuna namizəd Petr Fiala ilə görüşüb və ona yeni hökuməti formalaşdırmağı tapşırıb. Xatırladaq ki, 77 yaşlı Zeman xroniki serroz və şəkərli diabetdən əziyyət çəkir. Mənbə: TASS

    Əvvəlki məqaləMəşhur serialın rejissoru təsdiqlədi: Ardı çəkiləcək
    Növbəti məqalədəSinqapurda şirlər arasında koronavirus yayılıb