Səyahətə hazılaşan şəxslərin diqqətinə : 11 noyabra qədər bağlı saxlanılacaq

AVSTRİYA — Almaniya, İtaliya, İsveçrə, Lixtenşteyn, Macarıstan və Sloveniya ilə sərhəddi noyabrın 11-ə qədər bağlı saxlanılacaq. 

BELÇİKA — Ölkəyə giriş mayın 8-ə kimi qadağandır.

ALMANİYA - Avstriya ilə quru sərhəddi noyabrın 11-ə qədər, İsveçrə, Fransa, Lüksemburg, Danimarka, İtaliya və İspaniya ilə isə quru və hava sərhəddi hələlik 5 maya qədər bağlı saxlanılsın. Bu qərar sonradan sentyabrın 15-ə kimi uzadıla bilər.

PORTUQALİYA və ESTONİYANIN sərhədləri 1 may tarixinə kimi bağlıdır.

NORVEÇ — Ölkəyə girişi avqustun 13-ə kimi qadağan edir.

DANİMARKA — Almaniya, İsveç, Norveçlə quru və dəniz sərhəddi noyabrın 12nə kimi bağlı saxlayacaq.

ÇEXİYA və POLŞA — hələlik mayın 1nə kimi bağlı saxlanılacaq.

Bağlı olan sərhədlərdən keçid yalnız müəyyən istisnalarla olacaq. Belə ki, gediləcək ölkədə yaşayış icazəsi olan, işləyən və ya 1-ci dərəcəli ailə üzvləri olan şəxslər və yük avtomobilləri sərhəd-keçid məntəqələrindən keçə bilərlər. Turistik viza ilə həmin ölkələrə giriş və tranzitdən istifadə tamamilə qadağandır.

Bundan əlavə Avropa Komissiyası şengen olmayan (3-cü ölkələrdən Azərbaycan da bura aiddir) ölkələrdən Avropa ölkələrinə girişi sentyabrın 15-ə kimi qadağan etmək niyyətindədir.