Bu gün İspaniya Superkubokunun yarımfinalında "Real Madrid" və "Valensiya" klubları üz-üzə gələcək.
Təbii ki, "Valensiya" olduqca təhlükəli və hirsli klubdur. Lakin görüşün Madriddə keçirildiyini, heyətin zənginliyi və səviyyəsini nəzərə aldıqda, "Kral klubu"nun qələbəsinə şübhə etmək çətindir. Üstəlik, son dövrlər Madrid klubu bir neçə dəfə fanatlarının "əsəbləri ilə oynadı". Bu baxımdan "Real" doğma tribunaları önündə "günahlarını yumalıdır".
Onu da nəzərə alaq ki, digər yarımfinal görüşündə "Barselona" "Real Betis" ilə qarşılaşacaq. Bu tip kommersiya turnirlərində finalda "El Klassiko"nun keçirilməsi hər kəsin ürəyincə olar.
İlk mərcimiz - "Real Madrid" qələbə qazanacaq (1.52)
İkinci mərcimiz - "Real Madrid" 1 top fora ilə qələbə qazanacaq (2.24)