“Grammy” nominantları açıqlandı: Castin Biberin səkkiz, Billi Aylişin isə yeddi nominasiyası var – FOTO

    7

    ABŞ Milli Səsyazma İncəsənət və Elmlər Akademiyası 2022-ci il “Grammy” Mükafatlarına namizədlərin siyahısını açıqlayıb. Nominasiyaların sayına görə caz musiqiçisi Con Baptist (11) lider olub. Justin Biber, Doja Cat və H.E.R. hər biri 8, Billi Ayliş və Olivia Rodrigo 7 kateqoriyada təmsil olunurlar. Reper Jay Z üç nominasiya qazanıb. Bunun sayəsində karyerasında aldığı nominasiyaların ümumi sayı 83-ə yüksəlib – bu, yeni “Grammy” rekordu oldu. 2021-ci ildə “Grammy” nominasiyalarının sayına görə lider Beyons oldu – o, doqquz kateqoriya üzrə namizəddir. Yekunda o, dörd mükafat alıb. Mənbə: Meduza

    Əvvəlki məqaləFransa sahillərində faciə: Azı 27 miqrant batdı
    Növbəti məqalədəAzərbaycanlı bloqer taksi sürücüsünə avtomobil hədiyyə etdi – VİDEO