Cokoviç: Mən koronavirus vaksininə qarşıyam

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç məcburi şəkildə koronavirusla bağlı vaksin vurulmasına qarşı olduğunu bəyan edib.
“Sports.ru” xəbər verir ki, onun sözlərinə görə həmçinin koronavirusa qarşı vaksin hələ ki hazırlanmayıb.
“Şəxsən mən vaksinləşməyə qarşıyam və istəməzdim ki, kimsə məni buna məcbur etsin. Lakin bu baş versə nə olacaq? Mən qərar qəbul etməli olacam. Bu məsələ ilə bağlı şəxsi fikrim var”, - deyə tennisçi vurğulayıb.