Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri

Maraqlıdır ki, şəhərlərin boşalmış küçələrində əvvəllər burada gözə dəyməyən vəhşi heyvanlar peyda olmağa başlayıb.
Dünyanın koronavirusa görə karantin fonunda vəhşi heyvanların qayıtdığı 10 şəhərini təqdim edirik:
1.Llandidno, Böyük Britaniya
Llandidno Uelsdə yerləşən dənizkənarı kurort şəhəridir. Koronavirusun yayılması ilə əlaqədar şəhər hakimiyyəti əhalinin özünütəcrid rejimini tətbiq etməyə qərar verib. Bu yaxınlarda şəhərin küçələrində sərbəst gəzən və sakitlikdən zövq alan dağ keçiləri görünməyə başlayıb.
2. Odişa, Hindistan
Hindistan da koronavirus pandemiyasının tüğyan etdiyi ölkələrdən biridir. Buna görə də insanlar evdə qalmağa və çölə mümkün qədər gec-gec çıxmağa məcbur olurlar.
Hindistanın Odişa şəhərində sahil boyu yaşıl tısbağaların sürüsü gözə dəyməyə başlayıb.
3. London, Böyük Britaniya
Böyük Britaniyanın paytaxtı London yalnız bu ölkənin deyil, eləcə də dünyanın maliyyə və iqtisadi mərkəzidir. Lakin baş qaldıran pandemiya səbəbindən bu şəhərin də küçələri boşalıb. Nəticədə Britaniyanın paytaxtının şərqində maral sürüsü peyda olub. Hazırda onlar şəhərin rayonlarından birində məskunlaşıblar.
4. Tirupati, Hindistan