Sərnişin stüardessanı döydü: Təyyarə təcili eniş etdi

18

Nyu-Yorkdan Kaliforniyaya uçan “American Airlines”a məxsus təyyarə təcili eniş etmək məcburiyyətində qalıb. Təyyarənin təcili eniş etməyinə səbəb sərnişinin stüardessaya hücum etməsi olub. Qeyd olunur ki, stüardessa salonda sərnişinlə az qala toqquşacaqmış. Bundan sonra stüardessa sərnişindən üzr istəyib. Amma kişi stüardessadan qisas almaq qərarına gəlib. O, qadının arxasınca təyyarənin sonuna qədər gedərək onun üzünə iki zərbə endirib. Ekipaj üzvləri təcili eniş etmək qərarına gəlib. Hava limanında hücum edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır. Mənbə: NBC News

Əvvəlki məqaləGürcüstanın Baş naziri: “Saakaşvili özünü öldürmək hüququna sahibdir”
Növbəti məqalədəQonşu ölkədə “Delta” ştammının ən təhlükəli variantı aşkar olunub