“Shell” adını və yerini dəyişəcək

    26

    Dünyanın ən iri enerji şirkətlərindən olan “Royal Dutch Shell” ciddi dəyişikliklər astanasındadır. Britaniya və Niderland birgə müəssisəsi adını dəyişməyə və baş qərargahını Niderlanddan Britaniyaya köçürməyə hazırlaşır. Dəyişikliklər şirkətin səhm strukturunu da əhatə edəcək. Korporativ idarəetmə sistemi isə olduğu kimi qalacaq. Neft-qaz nəhənginin direktorlar şurası sədri Endryu Makkenzinin sözlərinə görə, şirkətin adı sadəcə “Shell” şəklində qısaldılacaq. Bu və digər dəyişikliklər onun rəqabət qabiliyyətini artıracaq. Məsələ ilə bağlı yekun qərar dekabrın 10-da direktorlar şurasının toplantısında qəbul ediləcək Mənbə: shell.com

    Əvvəlki məqaləHaiti prezidentinin qətlində şübhəli bilinən şəxs İstanbulda ələ keçdi
    Növbəti məqalədə55 milyon xəstə üçün sevindirici xəbər: Peyvənd tapıldı