Siqaretin aksiz dərəcəsi artırılır

    16

    Siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır. APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır. Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1 000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.

    Əvvəlki məqaləBakıda 64 yaşlı kişi arvadının başına çəkiclə çoxsaylı zərbələr endirdi
    Növbəti məqalədəAzərbaycana gətirilən bəzi avtomobillər vergidən azad edilir